Mojo.az Banner
12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA

14.05.2026 21:13 396
Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA
"Açıq deyim ki, hazırda biz taksilərin avtobus zolaqlarından istifadəsi məsələsini gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının bizim üçün prioritet olmasıdır".

Median.Az
xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Agentlik rəhbəri vurğulayıb ki, ictimai nəqliyyatın qrafiki təmin edilməsə, görülən digər tədbirlərin heç bir mənası qalmır. Məqsəd sərnişinlərin avtobusa rahat və vaxtında minməsini təmin etməkdir:

"Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək. Xüsusilə taksi qiymətlərinin çox aşağı - məsələn, 90 qəpik olduğu dövrdə sərnişinlərin avtobusa marağının azalması müşahidə olunurdu".

Anar Rzayev qeyd edib ki, vaxtilə taksilərə bu icazəni verən ölkələr artıq qərarlarını yenidən nəzərdən keçirirlər:

"Paris, Sinqapur və Nyu-Yorkda avtobus zolaqlarının daha sərt şəkildə təcrid olunması istiqamətində addımlar atılır. Londonda da bu zolaqlara nəzarət sərtləşdirilir. Çünki həmin şəhərlərdə avtobus intervallarının pozulduğu aşkar edilib".

AYNA sədri yerli reallıqlara toxunaraq, sistemin sui-istifadə edilmə ehtimalından da danışıb:

"Təsəvvür edin ki, hansısa şəxs regionda taksi fəaliyyəti üçün buraxılış kartı alır və Bakıda sərnişinsiz şəkildə avtobus zolağından istifadə edir. Sistem baxımından həmin avtomobil taksi kimi görünür, amma faktiki daşıma həyata keçirmir. Belə halların baş vermə ehtimalını mütləq nəzərə almalıyıq".

Sonda bildirilib ki, bu məsələ ilə bağlı hər hansı qərar vermək üçün əvvəlcə ümumi nəqliyyat sistemində müəyyən dəyişikliklər və əlavə tənzimləmələr həyata keçirilməlidir.скачать dle 11.3
Mojo.az Banner