Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA sədrindən taksilərin avtobus zolağına daxil olması ilə bağlı AÇIQLAMA

10.10.2024 14:06 1 524
AYNA sədrindən taksilərin avtobus zolağına daxil olması ilə bağlı AÇIQLAMA
"Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər".

Bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artmasına gətirib çıxaracaq. Biz bunu cari mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksi ilə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan əvvəl, ümumiyyətlə, bu məsələ barədə söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır.

Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır", - deyə Anar Rzayev bildirib.скачать dle 11.3
Mojo.az Banner