Mojo.az Banner
12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |    
Left Banner
Right Banner

İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə

14.05.2026 21:51 432
İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.

İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.

Bu tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.

Qeyd edilib ki, vətəndaşların rahatlığı üçün məlumatlar həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.скачать dle 11.3
Mojo.az Banner