Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var |
Mojo.az Avto
Mojo.az Avto

İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək

11.04.2026 16:41 453
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub, təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, ilkin tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaqdır. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcəkdir.

Qeyd edilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunmuşdur.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilmişdir. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir.

Diqqətə çatdırılıb ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməmişdir. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcəkdir. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir.

Vurğulanıb ki, prosesin gedişatı barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək.

Son xəbərlər