Bitki və kərə yağını qarışdırmayın! - Bu xəstəlikləri yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |    

Bitki və kərə yağını qarışdırmayın! - Bu xəstəlikləri yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Median.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 678 06.09.19 23:59