Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |    

Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər

Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda britaniyalı dietoloq Emma Derbişirin "BMJ Nutrition" nəşrində dərc olunmuş məqaləsində deyilir.

Məqalənin müəllifi bildirib ki, heyvan mənşəli qidadan imtina etmək xolin çatışmazlığına səbəb olur. Qeyd edək ki, xolin baş beyinin inkişafı üçün lazımdır və adətən ətdə, yumurtada və süddə onun miqdarı çox olur.

Derbişir qeyd edir ki, xolin dölün baş və onurğa beyin strukturunun düzgün formalaşması üçün vacibdir və hamiləlik zamanı onun çatışmazlığı körpənin sinir borusunda qüsurların yaranmasına səbəb olur.

Keçən ilin dekabrında Deyvis Kaliforniya Universitetinin professoru Frenk Mitloner bildirib ki, ətdən kütləvi şəkildə imtina etmək ətraf mühitə təsiri azaltmayacaq və əksinə, bu təsiri daha da artıracaq.

2016-cı ilin martında Kornel Universitetinin bioloqları "Molecular Biology and Evolution" jurnalında dərc olunmuş məqalələrində vegetarian dietasının mənfi nəticələrindən yazıblar. Onlar qeyd ediblər ki, bu dietaya riayət edən insanlarda qalın bağırsaq xərçənginin və ürək-damar sisteminin xəstəlikləri riski yüksək olur.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 820 03.09.19 20:00