"Google" Səudiyyə Ərəbistanında qadınların izlənməsini və onlara kişilər tərəfindən nəzarət etməyə imkan verən mübahisəli tətbiqi silməkdən imtina etdi.
Median.Az insider.az-a istinadən bildirir ki, diqqət altında olan "Absher" tətbiqi kişilərə qadınların səyahət etməsinə icazə verib-verməməsini təmin edir, üstəlik, qadınların pasportdan istifadəsi zamanı kişilərə bu barədə sms-bildiriş göndərir.
Xatırladaq ki, "Apple" və "Google" ötən ay bu tətbiqlə bağlı tənqidlə üzləşib. ABŞ Konqresinin 14 üzvü "Apple"-ın baş direktoru Tim Kuka və "Google"-un baş direktoru Sundar Piçaiyə tətbiqin hostinqini durdurmaqları tələbi ilə məktub ünvanlamışdı. Onlar texnoloji giqantları "Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir" adlandıraraq, şirkətləri cinsi diskriminasiyaya, qadın haqlarının pozulmasına yol verməkdə ittiham ediblər.
Bu ittihamlardan sonra hər iki şirkət həm "Google Play", həm "Apple"-ın tətbiq mağazasından yüklənən tətbiqlə bağlı araşdırmalara başladı. Araşdırmanın nəticəsi olaraq, "Google" bildirib ki, tətbiqin kişilərə yaratdığı imkanlar "Google"-un xidmət şərtlərini pozmur. Krallığın Daxili İşlər Nazirliyinə məxsus və onun tətərfindən idarə olunan "Absher" tətbiqi əvvəlki kimi satışda olacaq.
Qeyd edək ki, "Google" tətbiqin "Google Play"-də qalmasına razılıq versə də, "Apple"-da araşdırma davam edir.