Sağlamlığı qorumağın asan yolu tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |    

Sağlamlığı qorumağın asan yolu tapıldı

Nadir hallarda televizora baxan və müntəzəm olaraq səhər yeməyi yeyən insanlar qan damarları ilə bağlı problemlərdən daha az əziyyət çəkir və daha elastik arteriyalara malik olur. Bu isə ürək-damar xəstəlikləri və insult riskini azaldır.

Bu barədə elmi məqalə “EurekAlert!” nəşrində dərc olunub.

Mütəxəssislər Korinf yunan şəhərinin iki minə yaxın sakininin həyat tərzi ilə bağlı məlumatlarını təhlil edib. Tədqiqata 40-99 yaşları arasında könüllülər cəlb olunub. Məlum olub ki, oturaq həyat tərzi keçirən və tez-tez divanda oturub televizora baxan insanlarda televizordan az istifadə edən insanlarla müqayisədə, qan damarlarında zərərli çöküntülərin miqdarı daha çox olur.

Alimlər qeyd edir ki, aşağı enerji sərfiyyatlı fiziki aktivlik belə, (məsələn, ev işləri) bu aspektdə sağlamlığa müsbət təsir göstərir.

Televizora həftə ərzində 21 saatdan çox baxan insanlarda televizor qarşısında həftəlik yeddi saatdan az vaxt keçirən insanlarla müqayisədə, hipertenziya riski 68 faiz, diabet riski 50 faiz çox olur.

Paralel olaraq, süd, çörək, pendir və qarğıdalı lopalarından ibarət yüksək enerjili səhər yeməyi arteriyaların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 627 07.03.19 11:53