Zəlzələ ilə bağlı proqnozları ilə məşhurlaşan Frank Hugerbits növbəti dəfə şok proqnozla çıxış edib.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, Hugerbits dünyanı 9 ballıq daha bir zəlzələ gözlədiyini açıqlayıb.
Hugerbits bu proqnozunu 1960-cı ildə Çilidə baş verən 9.5 ballıq və 1964-cü illərdə Alyaskadakı 9.2 ballıq zəlzələlərlə əlaqələndirib. Onun sözlərinə görə, Alyaska və Çilidəki şərtlərlə 26 fevral 2019-cu ildəki şərtlər eynilə üst-üstə düşür.
Xatırladaq ki, Frank Hugerbits fevralın 21-də dünyada 7 və ya 8 bal gücündə meqa-zəlzələ olacağını bildirmişdi. Alim bundan əlavə zəlzələlər üçün fevralın son iki həftəsinin kritik əhəmiyyətli olacağını açıqlamışdı.
Bundan sonra Ekvadorun şərqində 7.5 bal gücündə zəlzələ baş vermişdi.
Bəzi ekspertlər alimin proqnozunu doğruldan digər fakt kimi 20 fevralda Türkiyədə baş verən 5,5 ballıq yeraltı təkanları da qeyd edirlər.