Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi - 5 ildə 32 ölkəni gəzib... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |     12:01 Azərbaycanda vəzifəli şəxslərin evində DƏHŞƏT: Qardaşlarının vəfat xəbərini eşidən anaları da ÖLDÜ  |     11:50 Ağcabədidə iki avtomobil toqquşub: Ölən var  |     11:45 Sumqayıtda ƏMƏLİYYAT - 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı - VİDEO  |     11:40 Lənkəranın bəzi əraziləri işıqsız qalıb  |     11:35 Avropada "Coca-Cola"dan sonra bu dəfə "Lay's" şoku: Satışdan yığışdırılır  |     11:21 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı  |     22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |    

Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi - 5 ildə 32 ölkəni gəzib... - FOTO

Türkiyə və Azərbaycan bayraqlarını velosipedinə taxaraq yola çıxan azərbaycanlı səyyah Ramil Ziyadov 5 ildən çoxdur ki "səhra küləyi" adını verdiyi velosipedilə dünyanı dolaşır.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında səyyahla müsahibə dərc olunub, səfər etdiyi ölkələr, qarşılaşdığı maraqlı hadisələr, günlük xərci, səyahətin çətin və asan tərəfləri haqqında danışılıb.

R. Ziyadov 1978-ci ildə Bərdə şəhərində doğulub. Yaşadığı rayonda təsərrüfatla məşğul olan Ziyadov 2014-cü ildə bütün var-dövlətini - evini, torpaq sahəsini sataraq velosiped və səyahət üçün vacib olan əşyalar alıb, 10 yaşından bəri arzuladığı dünya turunu gerçəkləşdirmək məqsədilə səyahətə çıxıb. Həmin vaxtdan bu yana velosipedinə taxdığı Azərbaycan və Türkiyə bayraqları ilə dünyanı dolaşır. Hələ də səyahətinə davam edən Ziyadov 5 il ərzində 60 min kilometr qət edərək 32 ölkəni dolaşıb.

Azərbaycandan yola çıxan səyyah ilk öncə öz yaşadığı bölgənin tarixini öyrənmək üçün Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı gəzib, daha sonra isə Avropa və Cənubi Amerikaya istiqamət alıb. İspaniyadan Misirə, Perudan Ekvatora qədər bir çox ölkələri dolaşan Ziyadov getdiyi yerlərdə kiçik işlərdə çalışaraq günlük xərcini çıxarır. Gün ərzində təxminən 4 dollarla dolanan səyyah Azərbaycan və türk mədəniyyətini, tarixini və mətbəxini təbliğ edir.


Türkiyəyə səyahət zamanı Ankaraya gələn səyahətçi Kolumbiyada pide, çörək bişirdiyini deyib: "Getdiyim ölkələrdə mədəniyyətimizi və mətbəximizi insanlarla paylaşıram. Kolumbiyada pide, çörək bişirdim. Mövlananın bir sözü var, "hər şeyimi itirdim, özümü tapdım". Mən də hər şeyimi satdım, amma rahatlıq tapdım. Bir də belə seçim qarşısında qalsam, yenə bunu seçərəm".

Azərbaycanlı səyyah səfəri əsnasında ən çox təsirləndiyi bölgənin Rusiyadakı Baykal gölü və Sibir olduğunu söyləyib: "Baykal gölü mənim üçün rahatlıq tapdığım yerdir. Orada başqa bir dünyaya girdiyimi hiss edirəm. Fərqli bir atmosfer var. Hər kəsin bir dəfə getməsini məsləhət görərdim".

Səyyah Sibirdə təxminən iki aya qədər çadırda qaldığını deyərək orada macəra yaşadığını, çadırına ayı gəldiyini deyib: "Bir də baxdım ki çadırı iyləyir. Çadırdan çıxdım və ayını qovmaq üçün əlimdəki səs bombasını atdım. Sabah bayıra çıxdığımda ayının ayaq izlərini gördüm. Mənim üçün bu çox maraqlı bir an idi".

Velosipediylə Cənub Amerika ölkəsi olan Kolumbiyanı gəzdiyini və çox bəyəndiyini söyləyən Ziyadov bu ölkədə insanlardan çox yaxşılıq, xeyirxahlıq gördüyünü dilə gətirib. "Oranı öz ölkəm kimi sevirəm. Kolumbiyada məni yolda görənlər bir tikə çörəyini belə mənimlə paylaşıblar".


Azərbaycanlı səyyah Venesuela, Ekvador və Peruda da olduğunu bildirib. Onun sözlərinə görə, Peruda Cənubi Amerikanın 5 min 59 metr yüksəkliyindəki ən uzun keçidi - Abra Huayraccasa keçidindən keçən ilk türk olub. Ekvadorda yaşadığı bir xatirədən da bəhs edən Ziyadov orada türk bayrağını tanıdıqlarını söyləyib: "Ekvadorda bir kənddən keçərkən məktəbdən çıxan bir qrup uşaq velosipedimdəki türk bayrağını görüncə arxamdan"Turco, Turco "deyə qışqırmağa başladılar. O qədər qürur duydum və duyğulandım ki, ağlamağa başladım. Daha sonra velosipeddən endim və ən yaxındakı marketdən uşaqlara şirniyyat aldım. Onlarla söhbət etdim. Mənim üçün heç unutmayacağın xatirələrdən biri bu oldu".

Ziyadov qeyd edir ki, o, Şimali Afrika ölkələrindən yalnız Misirə gedib. Digər ölkələrə getməməsinə səbəb isə 2015-ci ildə xoşagəlməz hadisənin baş verməsidir: "Misir piramidalarının qarşısında türk bayrağını qoyaraq fotoşəkil çəkdirdim. Foto çəkildikdən sonra bir cip arxadan məni izləməyə başladı. Buradakı xoşagəlməz hadisədən sonra Afrikaya getməməyə qərar verdim", - deyə bildirib.

Bərdəli səyyah bu gün insanların təbiəti, yağışı və torpağın qoxusunu unutduqlarını deyir: "Mən bu səyahətdə sadaladıqlarımı tapdım. Səyahətimi nə vaxt bitirəcəyəm bilmirəm. Yaşayıram, bu, həyat tərzim, həyatımın ayrılmaz bir parçasıdır", - deyə vurğulayıb.

Türkiyədən sonra pasportla bağlı bəzi sənədləşmələri həll etmək üçün bir müddətlik ölkəsinə dönəcəyini söyləyən Ziyadov Azərbaycandan qayıtdıqdan sonra İrana, oradan da Pakistan və Hindistana getmək niyyətindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 071 23.02.19 18:53