Bir çox hallarda marketlərdən etiketlərini oxumadığımız qidalar alyırıq.
Median.az xəbər verir ki, bu tip qidaların bəzilərinin tərkibində əlavə edilmiş şəkər miqdarı çox olur.
Pəhriz saxlayanda isə paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Çünki bu qidaların tərkibində əlavə maddələr və yüksək miqdarda şəkər var. Şəkərli qidaları qəbul edəndə isə orqanizmdəki dopamin hormonu artır və beyindəki xoşbəxtlik mərkəzləri xəbərdar edilir. Bu da özümüzü yaxşı hiss etməyimizə yardım edir. İşin pis tərəfi isə şəkərli qidalar beyinin zövq mərkəzlərinə bu formada təsir etdiyi üçün orqanizmin şəkərə olan tələbatı artır.
Aşağıdakı siyahıda tərkibində şəkər olan qidaların siyahısı var
Konservləşdirilmiş tərəvəzlər
Lobya, pomidor kimi konservləşdirilmiş tərəvəzlərin tərkibində şəkər miqdarı çoxdur. Şəkər əlavə etməyin səbəbi isə ləzzətini artırmaqdır.
Pəhriz yeməyi
Bazarda pəhriz məhsulu kimi satılan və sağlam qidalanmaya diqqət edən alıcıya təklif edilən saysız-hesabsız qida məhsulu var. Amma yağsız və pəhriz dostu olaraq satılan bu qidaların bir qisminin tərkibində də şəkərin miqdarı çoxdur.
Qarğıdalı yarması
Bir çox dənli bitki məhsulunun da tərkibində şəkər var. Əgər aldığınız qarğıdalı yarması şirindirsə və görüntüsü parlaqdırsa, etiketinə baxın, tərkibindəki şəkər göstərilib. Bu səbəbdən etiketini oxumadan aldığınız qarğıdalı yarması qanda şəkərin miqdarını sürətlə artırır.
Çörək məhsulları
Ağ və qara çörəyə də bir çox hallarda şəkər əlavə edilir. Paketlənmiş çörəklərin bəzilərinin tərkibində şəkər miqdarı çox olur. Bu səbəbdən paketlənmiş çörəyi almadan əvvəl üzərindəki etiketi oxuyun.
Kokteyl
Son illər kokteyl içkiləri dəb halına çevrilib. Evdə hazırlanan kokteylin tərkibində nə olduğunu bilirik. Amma restoran, bar və kafedə sifariş verdiklərimizin tərkibini isə bilmirik. Çünki daha ləzzətli olmaları üçün bir çoxuna şəkər əlavə edilir.
Meyvəli yoqurtlar
Ləzzətini artırmaq üçün demək olar ki, hazır meyvəli yoqurtların tərkibinə şəkər əlavə edilir. Bu səbəbdən hazır yoqurt almaq əvəzinə, evdə özünüz hazırlaya bilərsiniz. Darçın və ya meyvə ilə əlavə dad qata bilərsiniz.
Souslar
Yemək, salat və suplara dad verən sousların da bir çoxunun tərkibində yüksək miqdarda şəkər olur. Əgər bundan uzaq durmaq istəyirsinizsə, sousu ev şəraitində hazırlayın.