Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |    

Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları

"Maqnit qasırğaları zamanı məhsuldar həyat tərzini qorumaq üçün düzgün istirahəti təmin etmək və həddindən artıq gərginlikdən çəkinmək vacibdir".

Bu barədə "Moskva 24" telekanalına müsahibəsində rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin danışıb.

O, qidalanmaya diqqət yetirməyi, yağlı, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmağı tövsiyə edib. Maqnit qasırğalarının müşahidə olunduğu günlərdə çay və qəhvədən imtina etmək, tərəvəz, meyvə, dovşan və quş əti ilə qidalanmaq, həmçinin bol su içmək məsləhətdir.

Kondraxin düzgün yuxunun vacibliyini də xatırladıb - gündə ən azı səkkiz saat yatmaq lazımdır. O xəbərdarlıq edib ki, yuxusuzluq stres hormonlarının toplanmasına səbəb olur və xroniki yorğunluğa yol açır.

"Maqnit qasırğaları ilə birlikdə bu, iş qabiliyyətini azaldaraq, stresi artıra bilər" , - deyə əlavə edib.

Həkim idmanla məşğul olmağın mümkün olduğunu, lakin həddindən artıq fiziki fəaliyyətdən çəkinməyin vacib olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 4-dən 5-dək güclü maqnit qasırğası gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 05.10.24 14:09