Təzyiqi aşağı salan və demensiyadan qoruyan qidalar - HƏKİM MƏSLƏHƏTİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Təzyiqi aşağı salan və demensiyadan qoruyan qidalar - HƏKİM MƏSLƏHƏTİ

"Tədqiqatlar göstərir ki, göyərti qan təzyiqini aşağı salmağa kömək edir".

Median.Az
gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "DocMed" klinikasının kardioloqu və terapevti Yaroslav Aşıxmin məlumat verib.

"Birincisi, hipertoniya (yüksək qan təzyiqi) üçün çox faydalı qidalara giləmeyvələr daxildir. Həftədə 150-200 qram giləmeyvə antioksidant ehtiyacını ödəyir. İkincisi, taxıl məhsulları, yəni cilalanmamış qarabaşaq yarması, qəhvəyi düyü, çörək və makaron yemək vacibdir. Üçüncüsü, göyərtilərin qan təzyiqini aşağı salmağa kömək edə biləcəyinə dair elmi sübutlar var. Onlar həm də parkinson və alzheymer xəstəlikləri riskini azaldır", - deyə Aşixmin bildirib.

Həkim qeyd edib ki, ən sağlam pəhrizlərdən biri Aralıq dənizi pəhrizidir. Buraya çoxlu meyvə, tərəvəz, taxıllı məhsullar, az yağlı süd məhsulları və yağlı balıq daxildir. Bu, əlavə olaraq qidada duzun məhdudlaşdırılması və göyərti istehlakının artırılmasını nəzərdə tutur.

"Qırmızı ətin ümumi sağlamlığa və hipertoniyaya necə təsir etdiyi ilə bağlı mübahisələr var. Emal olunmuş ət, yəni kolbasa mütləq ki, qan damarlarına zərərlidir. Pendir, süd məhsulları və quş əti isə hipertonik xəstələr üçün zərərli deyil", - kardioloq bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 134 15.07.24 13:05