Pilləkənlərlə qalxmaq ömrü uzadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |    

Pilləkənlərlə qalxmaq ömrü uzadır

Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. “Azərtac” xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin (ECS) rəsmi saytında dərc edilib.

Hesabatın müəllifləri bu mövzu ilə bağlı əlçatan elmi sübutlar toplayıb və metaanaliz aparıblar. Tədqiqatların hamısı pilləkənlərin sayından və yuxarı qalxma sürətindən asılı olmayaraq icmala daxil edilib.

Yekun təhlildə ümumilikdə 480 479 iştirakçını əhatə edən doqquz tədqiqat yer alıb.

Tədqiq olunan populyasiyanın tərkibinə həm sağlam insanlar, həm də ürək böhranı və ya periferik arteriya xəstəsi olanlar daxil edilib. Yaş həddi 35-84 arası dəyişib, respondentlərin 53 faizini qadınlar təşkil edib.

Müəyyən olunub ki, pilləkənlərlə yuxarı qalxmaq istənilən səbəbdən ölüm riskinin 24 faiz azalması ilə əlaqəli olub, eləcə də pilləkənlərdən istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39 faiz azaldır. Alimlər qeyd edir ki, piyada gəzmək də ürək böhranı, ürək çatışmazlığı və insultdan qoruyur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            714 27.04.24 22:02