Şəxsi məlumatlarınızın asanlıqla oğurlanmasına səbəb olan 5 SƏHV » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Şəxsi məlumatlarınızın asanlıqla oğurlanmasına səbəb olan 5 SƏHV

Smartfondan istifadə zamanı edilən 5 səhv kiberhakerlərə telefonunuzdan asanlıqla məlumat toplamaq imkanı verir.

Təhlükəsizlik üzrə məsləhətçi Kieran Burge məlumatlarınızın saniyələr ərzində əldə edilməsinə səbəb ola biləcək beş ümumi səhvi açıqlayıb.

Təhlükəsizlik üzrə mütəxəssis deyir ki, parollardan təkrar istifadə etmək, təhlükəli linklərə klikləmək və sosial mediada çox məlumat paylaşmaq kimi sadə səhvlər sizi problemə sala bilər.

Şəxsi məlumatlarınızın telefonlardan asanlıqla oğurlanmasına səbəb olan 5 səhvə daha yaxından nəzər salaq:

1. Köhnəlmiş proqram təminatından istifadə;

Kieran Burge deyib ki, hakerlərin hücuma hazırlaşarkən axtardıqları ilk şeylərdən biri köhnəlmiş proqram təminatıdır.

2. Eyni parollardan istifadə;

Hakerlərin şəxsi məlumatlarınızı ələ keçirməsinin başqa bir ümumi yolu təkrar istifadə edilən parollardan istifadə etməkdir.

3. İnternetdə çox məlumat paylaşmaq;

Bu, oğurlanmış hesab məlumatları ilə əlaqələndirilə bilən istifadəçi adlarını aşkar etməklə yanaşı, bir sıra digər hücumlara da qapı açır. Keiran izah edir ki, hakerlər internetdə doğum tarixiniz, ünvanınız kimi məlumatları və hətta ananızın qızlıq soyadı kimi ümumi təhlükəsizlik suallarına cavab axtaracaqlar.

4. Qorunmayan ictimai şəbəkələrə qoşulma;

Son bir neçə ildə milyonlarla insan uzaqdan işləməyə başlayıb. Bir çox əməkdaş ümumiyyətlə kafe kimi yerlərə gedir, ictimai Wi-Fi şəbəkələrinə qoşulur və işlərini bu şəkildə davam etdirir.

Problem ondadır ki, belə ictimai şəbəkələr autentifikasiyadan istifadə etmədən cihazınızı internetə qoşmaq üçün "açıq autentifikasiya” adlı sistem növündən istifadə edir. Bu, bir neçə e-məktub göndərmək üçün kafenin Wi-Fi şəbəkəsinə tez qoşulmağı asanlaşdırsa da, sizi kibercinayətkarların hücumları riski ilə üz-üzə qoyur.

5. Təhlükəli linklərə klikləməklə;

Keiran deyir ki, təhlükəli linklər göndərmək hələ də parolların sındırılmasının ən çox yayılmış yoludur. Böyük Britaniya Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) məlumatına görə, fişinq fırıldaqları Böyük Britaniyada ən çox yayılmış hücum olaraq qalır. Keiran deyir ki, hakerlər zərərli saytlara keçidlər və ya proqram təminatı yükləmək üçün təlimatlar olan hədəflərə saxta e-poçt və mətn mesajları göndərirlər. Bu keçidlərdən birinə klikləməklə cinayətkarlar öz qurbanlarının cihazında məlumatları oğurlaya və ya hətta nəzarəti ələ keçirə biləcək zərərli proqram quraşdırmaq üçün pəncərə açır.
//azxeber.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 119 06.12.23 20:41