Xərçənglə mübarizədə yenilik: Ağrıkəsicinin xəstəlik əleyhinə xüsusiyyətlərə malik olduğu aşkar edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Xərçənglə mübarizədə yenilik: Ağrıkəsicinin xəstəlik əleyhinə xüsusiyyətlərə malik olduğu aşkar edildi

Tibbi prosedurlar zamanı tez-tez yerli ağrıkəsici kimi istifadə edilən “lidokain” preparatı xərçəng hüceyrələrinin öz-özünə məhv olmasına səbəb ola bilər.

Tədqiqat “Cell Reports” jurnalında dərc olunub.

2023-cü ilin aprelində aparılan böyük bir araşdırma xəstələrə əməliyyatdan əvvəl “lidokain” yeridildiyi təqdirdə döş vəzisinin xərçəngi zamanı sağ qalma ehtimalını artdığını göstərib, lakin bu effektin mexanizmləri məlum deyil. Yeni tədqiqatda alimlər müəyyən ediblər ki, bu dərman müxtəlif xərçəng hüceyrələrində bol miqdarda olan acı dad reseptoru T2R14 reseptorunu aktivləşdirir. T2R14 reseptorunun aktivləşməsi apoptoz - xərçəng hüceyrələrinin özünü məhv etməsi prosesini işə salır.

T2R14 orqanizmə ağızda acı dadı hiss etməyə kömək etsə də, bu reseptorun bədənin digər hüceyrələrindəki funksiyası aydın deyil. Həmçinin T2R14 reseptornu aktivləşdirən bir çox dərman vasitələri də var. İndi onlar xərçəngin müalicəsində tətbiq edilə bilirlər.

“Lidokain”in xərçəngi müalicə edə biləcəyini deməsək də, onun baş və boyun xərçənginin müalicəsində üstünlük verə biləcəyi ehtimalı bizi ruhlandırır”, - deyə alimlər bildiriblər.

Mənbə: gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 236 24.11.23 12:48