Saqqızın faydaları və zərərləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Saqqızın faydaları və zərərləri

Rusiyalı qastroenteroloq Natalya Belova saqqızın sağlamlığımıza ziyan və xeyrindən danışıb, sağlamlığa zərər vermədən saqqızı necə düzgün çeynəməyi izah edib.

Həkim saqqız çeynəməyin özlüyündə orqanizm üçün zərərli olmadığını, lakin bir neçə nüansı nəzərə almaq lazım olduğunu bildirib.

“Saqqız çeynənilməsi nəzarət altında olmalıdır. Çünki davamlı və intensiv çeynəmə çənə-temporal oynaqların həddən artıq dartılmasına, üz və başda ağrılara səbəb ola bilər. Bundan əlavə, şəkərli saqqızın həddindən artıq istehlakı kariyes və digər diş problemlərinə yol açır”, - qastroenteroloq vurğulayıb.

Belova kariyes inkişaf riskini minimuma endirmək üçün şəkərsiz saqqız seçməyi məsləhət görüb.

“Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”, - deyə həkim əlavə edib.

Qastroenteroloq saqqız çeynəməyin faydalarının olduğunu qeyd edib.

“Çeynəmə hərəkəti tüpürcək istehsalını stimullaşdırmağa kömək edir ki, bu da diş ətinizi və dişlərinizi bakteriya və turşu hücumlarından təbii şəkildə qorumağa kömək edir. Bundan əlavə, saqqız çeynəmək stress və narahatlıq səviyyələrini azaltmağa, həmçinin yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər. Lakin saqqız seçimində diqqətli olmalı və ağız sağlamlığını qorumaq üçün müntəzəm şəkildə diş həkiminə baş çəkilməlidir”, - ekspert xəbərdarlıq edib.

Mənbə: pravda.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 017 16.11.23 11:51