Moskvada 9 saylı Uşaq Şəhər Klinik Xəstəxanasında səkkiz yaşlı məktəbli qızın bağırsaqlarından qolf topu boyda iki topa saç çıxarılıb.
Median.Az Mash Teleqram kanalına istinadən xəbər verir ki, qız qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Daha sonra müayinə olunub, şikayətinin səbəbi müəyyən edilib. O, əməliyyat otağına göndərilib. Həkimlərin dediyinə görə, onlar saç topalarının böyük olduğunu anlayanda laparotomiya etmək qərarına gəliblər.
Cərrahlar qızın qarnının ön divarında kiçik bir kəsik açıb və bağırsaqlardan saç yığınlarını çıxardılar. Əməliyyatdan sonra məktəbli uşaq cərrahı, qastroenteroloq və nevroloqun ambulator nəzarəti altında evə buraxılıb. Aydın olub ki, qız nevroz səbəbindən saçlarını yeyir.
//bakupost