Xroniki yorğunluq sindromu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |    

Xroniki yorğunluq sindromu

Alimlər xroniki yorğunluq sindromunu XXI əsr xəstəliyi hesab edirlər. 1988-ci ilə qədər belə nozologiya mövcud deyildi.XYS sivilizasiya xəstəliyi hesab olunur.
Statistikaya görə dünya əhalisinin 17 milyonu bu sindromdan əziyyət çəkir.

Xroniki yorğunluq sindromu (XYS) ən az altı ay davam edən və səhhəti tam izah edə bilməyən, həddən artıq yorğunluqla xarakterizə olunan mürəkkəb bir xəstəlikdir. Yorğunluq fiziki və ya zehni fəaliyyətlə pisləşir, lakin istirahətlə keçib getmir.

Daha çox şikayətlər yuxu pozulması, yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər, yatmaqdan və ya oturub qalxan zaman artan başgicəllənmədən olur.Buna bəzən fiziki dözümsüzlük xəstəliyi də deyilir.

Viral infeksiyalardan psixoloji stresə qədər bir çox nəzəriyyə ilə izah verilsə də, XYS-nun səbəbi bilinməz qalmaqdadır.Bəzi mütəxəssislər xroniki yorğunluq sindromunun bir çox amillərin birləşməsindən qaynaqlandığını düşünürlər.

Xroniki yorğunluq sindromu diaqnozunu təsdiqləyən tək bir test də yoxdur.Bənzər simptomları olan digər sağlamlıq problemlərini istisna etmək üçün müxtəlif tibbi testlərə ehtiyac duyula bilir.

XYS-nun simptoları insandan-insana dəyişə və əlamətlərin şiddəti gündəlik olaraq fərqli müşahidə oluna bilər. Səbəb aşağıdakılar ola bilər:
-daimi sinir gərginliyi;
-xroniki stess;
-çox az və ya həddan atıq yuxu;
-fiziki aktivlik olmadan oturaq həyat rejimi;
- hormonal fonun dəyişməsi;
-uzun müddət eyni qrup dərmanların qəbulu;
-mədə-bağırsaq traktı problemləri;
-virus xəstəlikləri.

Həkimə nə zaman müraciət etməli?

Xəstəlik əvvəlki fəaliyyətlə məşğul olmaq qabiliyyətinə ciddi təsir göstərərsə, şiddətli gedişlə şikayətlər artarsa, fiziki zehni və ya emosinal gərginlik nəticəsində vəziyyət daha da pisləşərsə, bunlar həkim məsləhətinə işarələr hesab olunur.
Həddən artıq davamlı yorğunluq və bu vəziyyətin istirahətlə yaxşılaşmadığı halında da həkimə müraciət şərtdir.

XYS diaqnostikası üçün infeksion( viral), hormonal sistemin testləri aparılmalıdır. XYS olan insanlar bəzən hipotalamus, hipofiz və qalxanabənzər vəzlə bağlı hormonların anormal səviyyələri ilə üzləşə bilirlər. Lakin bu anormallıqların sindrom üçün əhəmiyyəti tam aydınlaşmamışdır.
Fiziki və emosional travma sindromun əlamətləri başlamazdan bir müddət əvvəl yaşana bilər. Bu fakt da həkimin nəzərənə çatdırılmalıdır.
XYS hər yaşda baş verə bilər, lakin daha çox gənc və orta yaşlı insanlarda görülür.Qadınlara kişilərə nisbətən daha çox XYS diaqnozu qoyulur. Çünki qadınlar arasında bu səbəblə həkimə müraciət sayı çoxdur.

XYS-nun fəsadları

Həyat keyfiyyətinin aşağı enməsi
İşsizliyin artması
Sosial izolyasiya
Depressiya

Müalicə prinsipləri

Ailə həkimi kompleks müayinələrin nəticələrinə görə nevroloq, endokrinoloq, kardioloqla və b. İlə məsləhətləşə bilər.
Xroniki yorğunluq sindromunun müalicəsi simptomların aradan qaldırılmasına yönəlir.Ən zərərli əlamətlər ilk növbədə həll edilir. Məsələn, yuxu pozulması aradan qaldırılmalı, hormonal sistem pozğunluğu aşkar edilibsə, nizamlanmalı, depressiya əleyhinə tədbir görülməlidir.
Sadalananlarla birlikdə XYS-li insanların çoxunda psixi sağlamlıq pozulmaları müşahidə edilir. Bunlar isə məsləhətçi-psixoterapevtsiz ötüşə bilməz.Psixoterapevt problemlərdən hər hansı birinin yorğunluğa səbəb olub- olmadığını müəyyən etməyə yardımçı olur.

Amerika alimlırinin tədqiqatına görə XYS-lu insanların qidasına B vitaminləri, maqnezium və L-karnitnlə zəngin əlavələr etməkdə fayda vardır. Maqnezium və digər vitaminlər bədəndəki enerji istehsalını,demək olar ki, tənzimləyir.Londonun Queen Mary Universitetindən olan elm adamları isə xroniki yorğunluğun ən yaxşı çarəsini yüngül, mülayim yüklü idmanla məşğul olmaqda görürlər.Üç ay ərzində XYS diaqnozu qoyulan iki yüz könüllü izləndi. Dərman müalicəsi ilə bərabər, hər gün məşq edən insanlar olmayanlardan özlərini daha yaxşı hiss etdikləri müəyyən olundu.

Yorğunluq sindromu olan insanların əksəriyyəti sağalır, baxmayaraq ki, bu, uzun müddət çəkə bilir və stresə həssaslığın artması ilə müşayət olunur. Buna görə də təkrarlanma riski var. Sağalmanı təmin etmək üçün xəstə uzun müddətli məzuniyyətdə olmalı və ya yükü azalmalıdır. Yorğun insan həkim məsləhəti ilə yanaşı istirahət məşqlərinə başlamalı, düzgün yuxu rejiminə riayət etməli, ailə-dost və sevdikləri ilə birgə vaxt keçirməlidir.Dərmanın XYS zamanı həmişə bir həll olmadığını , əsl stress səbəbini aradan qaldırmağa köməkçi olduğunu xatırlamaq da vacibdir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 28.09.21 22:29