Yaponiyanın "Sou Fujimoto" studiyasının memarları tərəfindən spiral formalı pilləkənə malik nazik polad çubuqlar üzərində avtobus dayanacağının dizaynı yaradılıb.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu orijinal layihənin memarları bununla da insanların ətrafdakı mənzərədən zövq ala biləcəyi bir avtobus dayanacağını dizayn etmək istəyiblər. Avtobus gözləyən hər kəs spiral pilləkənlərlə qalxaraq kəndin gözəl mənzərəsini seyr edə bilər.