Yay aylarında necə qidalanmalı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |    

Yay aylarında necə qidalanmalı?

İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xərəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu var?
Yay aylarında havaların isti olduğuna görə orqanizmin suya olan ehtiyacı artır. Yay aylarında qidalanmadan söhbət düşdükdə ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Bunun üçün gün ərzində ən azı 2 litr su qəbul eləməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır.
Yay aylarında insanların çox tərlədiyinə görə orqanizmdən tərlə birlikdə soda, kalium və digər minerallar da xaric olunur. Bu mineralların orqanizmdən xaric olunması isə öz növbəsində halsızlığa, nəbzin zəifləməsinə, yorğunluğa və hərəkət azlığına səbəb ola bilir.
Orqanizmdən xaric olan sodanı gündəlik duzlu ayrandan istifadə etməklə bərpa etmək olar. Kalium itkisini bərpa etmək üçün isə bolluca meyvə və tərəvəz yemək lazımdır.
Yay aylarında susuzluğu bərpa etmək üçün qazlı içkilərdən uzaq durmaq lazımdır. Qazlı suların əvəzinə limonad, ayran, sərin şərbətlər, soyuq süd, təzə çəkilmiş meyvə şirələri və ya bitki çayları içilərsə daha faydalı olar.
Yay aylarında zəhərlənmələrdən və ishaldan qorunmaq üçün vaxtından əvvəl yetişmiş bostan bitkilərinin yeyilməsi, tağdan və ya ağacdan dərilən meyvə-tərəvəzlərin yuyulmamış yeyilməsi məsləhət görülmür.
Yay aylarında xəmir xörəkləri yemək olmaz. Çünki yayda xəmir xörəyi yemək insanda halsızlığa və yorğunluğa səbəb ola bilir. Plov və makaron məmulatlarından da yay aylarında az istifadə etmək lazımdır. Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 15.06.21 20:19