Hind okeanında plastik tullantılar adası tikiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |    

Hind okeanında plastik tullantılar adası tikiləcək

Alimlər hər gün təxminən 13 milyon ton plastik tullantıların okeanlara axdığını təxmin edib. Plastik butulkalar, qida konteynerləri, qablar, paketlər və digər tullantılar suya birbaşa olaraq qurudan deyil, həm də gəmilərdən tökülür. Hind okeanı bu problemdən xüsusi olaraq zərər görür və bu yaxınlarda Britaniyanın "Margot Krasojevic" memarlıq studiyası suyun zibildən təmizlənməsi üçün olduqca qeyri-adi yol təklif edib.

Median.Az
deyerler.org-a istinadən bildirir ki, təşkilat plastik tullantılardan istifadə edərək, insanların əylənə biləcəyi süni ada yaratmaq niyyətindədir. Bu adada təbiətə heç bir şəkildə zərər verməyəcək otel inşa etmək planlaşdırılır. Bütün enerji və hətta su ətraf mühitə uyğun şəkildə istehsal ediləcək. Hər şeydən əvvəl layihənin müəllifləri, bir-birinə bağlanan zibil torbalarından ibarət torpaq sahəsi tikəcək və sonra içərisində turistlərin istirahət etməsi üçün geniş otel tikmək niyyətindədir. Adanın açılması 2025-ci ildə planlaşdırılır. Studiyanın rəsmi saytının verdiyi məlumata əsasən, plastik tullantılar birbaşa Hind okeanının sularından toplanacaq. Ada yaxınlığında üzən butulkalar və digər əşyalar avtomatik olaraq torbalarda toplanacaq, sonra okeanın dibindən bioloji parçalana bilən xüsusi örtük, qum və lil ilə örtüləcək. Torbalar, bir-birilərinə sintetik kauçuk torlarla birləşdiriləcək. Bu material bir səbəbdən seçilmişdir - okean səviyyəsindəki dəyişikliklərə reaksiya göstərir. Səviyyə qalxdıqda, rezin suyu özünə çəkəcək və beləliklə daşqının qarşısını alacaq. Qeyd edək ki, Hind okeanında plastik tullantıların miqdarı durmadan artır və ada bu tullantıların yığılma mərkəzinə çevrilərək, getdikcə genişlənəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 08.06.21 22:08