Krım Səhiyyə Nazirliyinin baş kardioloqu Valeriya Sadovoy “Sputnik Krım” radiosuna açıqlamasında yan üstdə yatmağın onurğa üçün zərərli olduğunu və qarındaxili təzyiqi artırdığını deyib.
Mütəxəssisin sözlərinə görə, ən əlverişli variant beli üstdə, düz yatmaqdır. O əlavə edib ki, yuxu üçün ən təhlükəli duruş isə oturaraq yatmaqdır:
“Oturaraq yatmaq ürəyə pis təsir edir, qarındaxili təzyiqi artırır və bədəndə şişkinlik yaradır. Bu, damarların genişlənməsi və tromboz yaranmasına gətirib çıxarır”.
Bundan əlavə, kardioloq gün ərzində yatmağın faydalarından danışıb. Həkim belə bir istirahətin ürək-damar xəstəliklərini azaltdığını və canlılıq hissini artırdığını vurğulayıb.
Sadovoy günlük yuxu rejiminin alınmasının mütləqliyini bildirib:
“Səkkiz saatlıq yuxu istirahəti - bizə lazım olan və məsləhət görülən tam olaraq budur”.