Mehriban Əliyeva Fransanın birinci xanımı ilə görüşdü - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 Ceyhun Bayramov Quterreşin müavini ilə görüşüb  |     22:19 Azərbaycanda həkim VƏFAT ETDİ  |     22:03 Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır  |     21:55 İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu  |     21:48 Nəcməddin Sadıkov uzun müddət sonra görüntüləndi - FOTO  |     21:40 Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...  |     21:35 75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)  |     21:29 10 manat nizamnamə kapitalı olan şirkət Füzulidə 100 milyon manata kənd tikəcək  |     21:21 Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?  |     21:15 Bitcoin"in yaradıcısı hesab olunan şəxs kimdir? - AÇIQLANDI (FOTO)  |     21:07 Türkiyə ordusu Suriyanın şimalında iki terrorçu zərərsizləşdirib  |     20:54 Rumıniya Rostovdakı Baş Konsulluğunu bağlayır  |     20:46 "Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50 % artıb  |     20:40 Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər  |     20:31 Kəmaləddin Heydərovun Siyəzəndə vətəndaş qəbulunun vaxtı dəyişib  |     20:26 Kimya üzrə Nobel mükafatı laureatları məlum olub  |     20:20 Ukraynalı olimpiya çempionu diskvalifikasiya edilib  |     20:13 Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq  |     20:09 İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  |     20:01 Türkiyədə əməliyyat keçirilib, PKK ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb  |    

Mehriban Əliyeva Fransanın birinci xanımı ilə görüşdü - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub.

Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

* * * * *

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.


Bu barədə AZƏRTAC məlumat yayıb.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib.

Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizı səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

* * * * *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.


Bu barədə AZƏRTAC məlumat yayıb.

Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlərlə görüşüb. Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü olub.

Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğulayıb.

Azərbaycanda qadınlara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırıb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb.

Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu deyib və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 878 12.03.19 17:35