İlham Əliyevdən vətəndaşın müalicəsi ilə bağlı tapşırıq: Xaricə də göndərərik - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsu rayonuna səfər edib.
Dövlət başçısı səfər çərçivəsində Ağsuda zəlzələdən sonra görülən işlərlə tanış olub.
Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib və ərizələrini qəbul edib.
Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib.
Görüş zamanı Ağsu sakini Həcər Zamanova dövlət başçısından nəvəsinin - Zamanov Murad Adil oğlunun gözlərinin müalicə olunması üçün kömək istəyib.
“29 yaşı var. Atası və anası rəhmətə gedib. Gözlərindən biri tamam tutulub, digərində üç faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”, - deyə sakin bildirib.
Prezident İlham Əliyev məsələnin həll olunması ilə bağlı tapşırıq verib:
“Siz narahat olmayın, lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!