Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.

Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.

Hazırda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 03.10.24 19:12