İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:40 Ermənilər İranla sərhəddən narkotik keçirməyə cəhd etdilər  |     12:25 Sürücülər təmir olunan yolda cərimə ediliblər - ŞİKAYƏT (VİDEO)  |     12:22 Leyla Əliyeva qocalar evini ziyarət edib - FOTO  |     12:14 Vətən müharibəsi iştirakçısı faciəli şəkildə öldü  |     12:07 Ağızlıqsız it gəzdirənləri hansı cəza gözləyir?  |     12:01 Qubada kişi atasının evinə gedib canına qəsd etdi  |     11:55 Yasamalda avtomobil işıqfora çırpıldı  |     11:39 Yer kürəsində güclü maqnit qasırğası başladı  |     22:57 Rusiyalı triatlonçu yarış zamanı dünyasını dəyişib  |     22:46 Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər  |     22:29 Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb  |     22:15 Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE  |     21:58 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:38 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər etdi  |     21:14 Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər  |     21:13 Ukrayna Radasında "Telegram"dan istifadə məhdudlaşdırılacaq - FOTO  |     21:12 İrəvan Teatrında qarşıdurma böyüdü: Əməkdar artisti mükafatdan kim məhrum edib?  |     21:12 Bəşər tarixinin ən ölümcül günü: Xirosima və Naqasakidən daha çox insan ölüb  |     21:11 Keçmiş işçisi nazirliyi məhkəməyə verdi  |     21:08 Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?  |    

İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"

"İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir".

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4 000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. 2020-ci il Vətən müharibəsində isə altı Azərbaycan vətəndaşı itkin düşüb.

"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb", - deyə Azərbaycan Prezidenti vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 02.10.24 13:43