Azərbaycanda yeni dövlət agentliyi yaradılır - FƏRMAN » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Azərbaycanda yeni dövlət agentliyi yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır.

Müəyyən edilir ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir.

Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 27.08.24 16:26