Mojo.az Banner
19:49 Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb  |     19:44 İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir - Gideon Saar  |     19:38 Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - Video  |     19:30 Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi  |     19:25 Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?  |     19:17 Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq  |     19:11 Bu hallarda maaşlar ikiqat hesablanacaq  |     19:04 İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib  |     18:52 Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı: Audiovizual Şurada monitorinqin nəticələri MÜZAKİRƏ EDİLDİ  |     18:50 Əkin yerinin yandırılmasına görə yeni cərimələr  |     18:31 Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |     18:27 Naməlum şəxslər futbol matçı zamanı atəş açdı - 11 nəfər öldü  |     18:23 Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib  |     18:16 Paytaxtda sıxlıq olan küçələr var  |     18:14 Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü  |     17:58 Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək  |     17:27 Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu  |     17:16 Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu  |     17:15 AFFA rəsmisi UEFA-dan təyinat alıb  |     16:56 İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ  |    
Left Banner
Right Banner

ABŞ prezidenti İlham Əliyevi təbrik etdi

25.05.2024 13:00 930
ABŞ prezidenti İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.

Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.

Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
скачать dle 11.3