Mojo.az Banner
12:19 Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi  |     12:07 Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Ötən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ  |     12:00 Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması  |     11:44 Həkim Şakir Babayev vəfat etdi  |     11:42 İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Video  |     11:37 33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib - FOTO  |     11:33 Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var  |     11:27 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |    
Left Banner
Right Banner

UEFA-nın prezidenti İlham Əliyevi təbrik edib

14.02.2024 13:36 1 911
UEFA-nın prezidenti İlham Əliyevi təbrik edib
UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.

Seçkidə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı UEFA-nın “Avro-2020”nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.

Bildiyiniz kimi, 30 il əvvəl - 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib. Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir. Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.

Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.скачать dle 11.3
Mojo.az Banner