Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır

05.05.2026 22:37 858
Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır
Qazaxıstan yeni enerji obyektlərinin uğurla istifadəyə verilməsi şərti ilə 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etməyi planlaşdırır.

Median.Az
"Zakon.kz" saytına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı energetika nazirinin müavini Sunqat Yesimxanov məlumat verib.

S.Yesimxanovun sözlərinə görə, əgər dövlət nəzərdə tutulan bütün obyektləri istismara verərsə, rəhbərlik atom elektrik stansiyasının inşasının tamamlanmasını gözləmədən Rusiya elektrik enerjisinin idxalını dayandıra biləcək. O, ötən il Qazaxıstanda 123,1 milyard kVt·saat elektrik enerjisinin istehsal olunduğunu, istehlakın isə 124,6 milyard kVt·saat təşkil etdiyini diqqətə çatdırıb.

Nazir müavini həmçinin əlavə edib ki, Qazaxıstan Rusiyadan aldığı elektrik enerjisinin bir qismini Qırğızıstana təkrar ixrac edir.

Aprelin əvvəlində "Samruk-Enerqo" holdinqinin idarə heyətinin sədri Kayrat Maksutov bildirib ki, Qazaxıstan üç İstilik Elektrik Mərkəzinin (İEM) inşası üçün podratçı qismində Rusiya əvəzinə Sinqapuru seçib. Həmin İEM-lər Semey, Ust-Kamenoqorsk və Kokşetau şəhərlərində tikilməlidir.

Qeyd olunan sonuncu şəhərdə Rusiyanın iştirakı olmadan artıq tikinti işlərinə başlanılıb. Hökumət bunu "Rusiya tərəfindən ucuzlaşdırılmış maliyyələşdirmə üzrə zəmanətlərin olmaması" ilə əlaqələndirib.

2026-2030-cu illəri əhatə edən kömür generasiyasının inkişafı üzrə milli layihə çərçivəsində Qazaxıstanda səkkiz yeni elektrik stansiyası fəaliyyətə başlamalı, daha 11 stansiya isə modernləşdirilməlidir. Layihənin əsas məqsədi elektrik generasiyasını artırmaq və onun səmərəliliyini yüksəltməkdir.

2025-ci ildə Rusiya və Qazaxıstan ölkədə ilk AES-in inşasına start veriblər. Stansiyanın istismara verilməsi 2035-2036-cı illərə planlaşdırılır. Ümumilikdə Astana üç atom elektrik stansiyası tikməyi nəzərdə tutur. Onlardan birinin inşasını Çin həyata keçirməlidir.

Son xəbərlər