Mojo.az Banner
21:01 Naxçıvanda maşın aşdı  |     20:54 Müşviq Şahverdiyevə 805 manatdan çox hesab gəldi - "Karolina rooms"dan şikayət etdi  |     20:49 Lombardlarla bağlı yeni qanun: Nələr dəyişəcək?  |     20:41 Putin Azərbaycanı təbrik etdi  |     20:36 "Hantavirusla bağlı vəziyyət nəzarət altındadır" - Tramp  |     20:29 Məhkəmə "TikTok"erin ev dustaqlığı qərarını qüvvədə saxladı  |     20:24 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri 9 Mayda işləməyəcək  |     20:15 Sabah 27 dərəcə isti olacaq  |     20:10 Lukaşenko Putini tək qoymadı  |     20:02 Abşeronda sürücü partlayış olan maşından sağ çıxdı - Video  |     19:57 Bakıda "Mercedes" qaçırıldı  |     19:49 “7 Gözəl” şadlıq evində qəfil yoxlama - Nöqsanlar aşkarlandı  |     19:43 "Dentera Dental"da dişlərini müalicə etmək istədi - Həm pulundan, həm də sağlamlığından oldu (VİDEO)  |     19:38 Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı  |     19:30 Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb  |     19:25 Bazarlarda qiymətlər necədir? - Video  |     19:16 4 ayda daşınmaz əmlak alanlara 12 milyon manatdan çox ƏDV geri qaytarılıb  |     19:11 Şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub  |     19:08 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq  |     18:42 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU  |    
Left Banner
Right Banner

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09.12.2023 21:55 2 331
BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.

Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.скачать dle 11.3
Mojo.az Banner