Mojo.az Banner
12:24 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - Video  |     11:54 İran internet qadağalarını ləğv etməyə hazırlaşır  |     11:50 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - Video  |     11:44 Yaponiya niyə Azərbaycanı seçdi? – Yeni enerji tərəfdaşlığının detalları  |     11:33 Bakı-Tbilisi qatarı yenidən açılır? – Minlərlə insanı maraqlandıran məsələ  |     11:31 Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı  |     11:10 Minimum əməkhaqqı nə vaxt artırılacaq?  |     11:03 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi  |     23:01 ABŞ-də təyyarə okeana düşdü  |     22:54 Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO  |     22:47 İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi  |     22:40 Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA  |     22:35 Daha bir xəstəxananın direktoru və müavini işdən çıxarıldı - FOTO  |     22:27 Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq  |     22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |     22:03 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır  |     21:58 Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər  |    
Left Banner
Right Banner

Bakı-Tbilisi qatarı yenidən açılır? – Minlərlə insanı maraqlandıran məsələ

14.05.2026 11:33 408
Bakı-Tbilisi qatarı yenidən açılır? – Minlərlə insanı maraqlandıran məsələ
Bakı-Tbilisi istiqamətində qatar reyslərinin yenidən fəaliyyətə başlaması həm turizm, həm sərnişin daşımaları, həm də iqtisadi münasibətlər baxımından mühüm addım kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, bu marşrutun açılması vətəndaşlar üçün daha sərfəli və rahat səyahət imkanı yaradacaq, eyni zamanda region ölkələri arasında əlaqələrin güclənməsinə töhfə verəcək. Bəs qatar reyslərinin bərpası yaxın zamanda mümkün görünürmü? Bilet qiymətləri, sərhəd prosedurları və sərnişin marağı ilə bağlı gözləntilər nədən ibarətdir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, sərhədlərin açılması və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanda hər kəsin arzusudur.
Onun sözlərinə görə, bu istiqamətdə vaxtaşırı müxtəlif məlumatlar yayılır və məsələ bir neçə mühüm istiqaməti əhatə edir:
“İstər Türkiyə, istər Gürcüstan, istərsə də digər istiqamətlər üzrə nəqliyyat əlaqələrinin bərpası vacibdir. Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Onların gediş-gəlişi, ticarət və iqtisadi əlaqələri baxımından qatarların hərəkətə başlaması çox vacib məsələdir. Ötən il də bununla bağlı müzakirələr aparılmış, hətta müəyyən tarixlər açıqlanmışdı. Lakin sonradan bu proses baş tutmadı. İndi məsələ yenidən gündəmə gəlib və bu dəfə daha real görünür. İstərdim ki, qatarların fəaliyyəti bərpa olunsun. Hesab edirəm ki, bu məsələdə ciddi maneə yoxdur”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib:

“Ermənistanla münasibətlərdə artıq dəmir yolları vasitəsilə yükdaşımalar həyata keçirilir. Bu baxımdan Gürcüstan istiqamətində də həm yük, həm də sərnişin daşımalarının bərpası tam mümkündür. İnanıram ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq”.

A.Nağı bilet qiymətlərinin də əlçatan olmasının vacibliyini qeyd edib:

“Gürcüstanda yaşayan soydaşlarımızın əksər qohumları Azərbaycandadır. Ona görə də insanların rahat gediş-gəlişi təmin edilməlidir. Əvvəllər sərhəddə qatarların saatlarla gözləməsi vətəndaşları yorurdu. Ümid edirəm ki, quru sərhədlər açıldıqdan sonra belə hallar yaşanmayacaq. İnsanlar həddindən artıq incidilməməlidir. Artıq buna ciddi ehtiyac var və bütün məqamlar nəzərə alınmalıdır”.

O sonda əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da intensivləşdirilməsinə ehtiyac var:
“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq əvvəllər Gürcüstana səfərlər edir, müxtəlif görüşlər keçirirdik. Düzdür, 2014-cü ildən sonra mənim Gürcüstana girişimə qadağa qoyulub. Həmin dövrdə Təkəli kəndində ermənilərə qarşı mitinq keçirmişdik və bundan sonra Gürcüstan hakimiyyəti tərəfindən bizə qadağa tətbiq edildi. Amma yollar açıldıqdan sonra bu məsələni yenidən gündəmə gətirəcə bilərik. Mənim gedib-getməməyim əsas məsələ deyil. Əsas olan odur ki, qarşılıqlı gediş-gəlişə ciddi ehtiyac var”.скачать dle 11.3
Mojo.az Banner