Mojo.az Banner
22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |     20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |    
Left Banner
Right Banner

Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA

13.05.2026 22:40 570
Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA
"Hantavirusun hazırkı mərhələdə pandemiya yaratma potensialı yoxdur. Çünki onun yoluxduruculuq göstəricisi və yayılma indeksi kifayət qədər aşağıdır. Bununla belə, xəstəlik ciddi təhlükə hesab olunur. Xüsusilə də virusun insan orqanizmində yaratdığı ağır fəsadlar və yüksək ölüm göstəriciləri səbəbindən məsələyə ciddi yanaşmaq lazımdır".

Median.Az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatından hantavirusla bağlı yayılan həyəcan təbilindən danışarkən bildirdi.

Onun sözlərinə görə, hantaviruslar əsasən gəmiricilərdə parazitlik edir və təbiətdə təbii rezervuar kimi daha çox maral siçanlarının orqanizmində yaşayırlar:

"Bu siçanlar xarici görünüşlərinə görə belə adlandırılır. Onlara əsasən Şimali və Cənubi Amerikada rast gəlinir. Maral siçanları limanlara, yüklərin içinə və gəmilərə daxil olaraq müxtəlif ölkələrə daşına bilirlər. Gəmilərdə yaşamaq və çoxalmaq üçün də əlverişli mühit tapırlar. Virus onların sidiyi, seliyi, ekskrementləri və digər ifrazatları vasitəsilə qidalara, yataq dəstlərinə və ətraf mühitə keçərək yoluxma yarada bilər. Xəstəlik adətən virus hissəciklərinin havaya qalxaraq nəfəs yolları vasitəsilə insan orqanizminə daxil olması nəticəsində baş verir. Gizli, yəni inkubasiya dövrü bir həftədən səkkiz həftəyə qədər davam edə bilər. Xəstəlik başlayanda isə çox ağır ağciyər və ürək fəsadları ilə müşahidə olunur, hətta kardiopulmonal şok yarada bilir".

Həkim qeyd etdi ki, virusun bəzi ştamları xüsusilə təhlükəlidir:

"Məsələn, “Sin Nombre” ştamı yoluxma zamanı çox yüksək ölüm göstəricisi ilə xarakterizə olunur. Hazırda diqqət çəkən ştamlardan biri də “Andes” ştamıdır. Bu ştamın insandan insana keçə bilməsi ehtimalı müzakirə olunur və əsasən sıx təmas nəticəsində yayıla biləcəyi qeyd edilir. Bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı məsələni diqqətdə saxlayır. Bununla belə, hazırkı vəziyyətdə genişmiqyaslı pandemiya və ya böyük epidemiyalar real görünmür. Sadəcə olaraq, müasir dünyada insanların intensiv miqrasiyası səbəbindən virusun müxtəlif ölkələrə daşınması mümkündür".

Müsahibimizin sözlərinə görə, hər hansı bölgədə yoluxmuş şəxs başqa ölkəyə, o cümlədən Azərbaycana gələrək infeksiyanı ötürə bilər.

"Digər tərəfdən, mütəxəssislər virusların zamanla davranış dəyişdirə bilməsini də nəzərə almağın vacib olduğunu bildirirlər. Bu gün aşağı yoluxduruculuq göstərən virus gələcəkdə mutasiya nəticəsində fərqli xüsusiyyətlər qazana bilər. Qeyd edilməli vacib məqamlardan biri də budur ki, Azərbaycanda və digər ölkələrdə evlərdə, zirzəmilərdə və ya döşəməaltı sahələrdə rast gəlinən adi ev siçanları və siçovullar hantavirusun əsas rezervuarı hesab olunmur. Bəzi mənbələrdə bu heyvanların adı yanlış şəkildə “düyü siçanı” kimi təqdim edilir. Əslində isə söhbət maral siçanlarından gedir və onlar xarici görünüşlərinə görə bu adla tanınırlar".скачать dle 11.3
Mojo.az Banner