Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama

06.05.2026 21:51 681
Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanının cənubundakı Argentina ilə Afrikanın qərbindəki Kabo Verde arasında hərəkət edən sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün "aşağı riskli" kimi qiymətləndirib. Təşkilat eyni zamanda virusun genom sekvensi üzrə araşdırmaların davam etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, gəmidə aşkarlanan 7 hantavirus yoluxmasından 3-nün ölümlə nəticələnməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub. ÜST-nin məlumatlarına əsasən, hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən virus qrupuna aiddir.

Artıq İsveçrədə də hantavirus infeksiyası halı aşkarlanıb. "Reuters" agentliyinin İsveçrə hökumətinə istinadən verdiyi məlumata görə, bir kişi Sürix xəstəxanasında müalicə alır. Onun bir neçə hantavirus infeksiyası halının baş verdiyi gəmidə kruizdən sonra İsveçrəyə qayıtdığı bildirilir.

Virusun xüsusiyyətləri və yoluxma yolları

Hantaviruslar nadir hallarda insana keçən zoonoz viruslar kimi tanınır. İnsanlar əsasən yoluxmuş gəmiricilərlə və ya onların sidiyi, nəcis və tüpürcəyi ilə təmas nəticəsində yoluxur. Daha az hallarda isə gəmirici dişləmələri ilə də keçə bilər.

İnkubasiya dövrü adətən 1–6 həftə təşkil edir və xəstəlik çox vaxt hərarət, baş ağrısı, əzələ ağrıları, qarın ağrısı, ürəkbulanma və qusma kimi əlamətlərlə başlayır. Erkən mərhələdə diaqnozun çətin olduğu, simptomların qrip, Kovid-19, dang qızdırması və ya sepsis kimi xəstəliklərlə qarışa bildiyi bildirilir.

Ağır fəsadlar

Hantavirus infeksiyası ciddi ağırlaşmalara və ölümə səbəb ola bilər. Amerika qitəsində bu viruslar ölüm faizi 50 faizə çata bilən hantavirus kardiopulmonar sindromu ilə əlaqələndirilir. Cənubi Amerikada isə insandan insana məhdud keçidi qeydə alınmış Andes virusu bu qrupun nümunələrindən biridir.

Avropa və Asiyada isə hantaviruslar böyrək sindromlu hemorragik qızdırmaya (HFRS) səbəb ola bilir.

Qlobal vəziyyət

Dünyada hantavirus infeksiyalarının nisbətən nadir olduğu bildirilir. İllik yoluxma sayının 10 min ilə 100 min arasında dəyişdiyi təxmin edilir. Ən yüksək xəstəlik yükü Asiya və Avropa regionlarında qeydə alınır.

Xüsusilə Çin və Cənubi Koreya kimi ölkələrdə hər il minlərlə HFRS hadisəsi aşkarlanır, lakin son illərdə azalma tendensiyası müşahidə edilir.

ÜST-dən açıqlama

ÜST-nin Epidemiya və Pandemiyaların Qarşısının Alınması Bölməsinin direktoru Mariya van Kerkhove bildirib ki, hantaviruslar gəmiricilər tərəfindən yayılır və ciddi xəstəliklərə səbəb ola bilər. O, eyni mühitdə yaşayan və yaxın təmasda olan insanlar arasında "insandan insana keçidin mümkün ola biləcəyini” qeyd edib.

Gəmidə başqa simptomatik xəstənin olmadığı, gəminin isə Kanar adalarına doğru hərəkətini davam etdirdiyi və İspaniya rəsmiləri ilə koordinasiyanın aparıldığı bildirilib.

ÜST həmçinin xəstəliyin ilkin mərhələdə daha yoluxucu ola biləcəyini ehtimal edir.

Müalicə və profilaktika

Hantavirus üçün xüsusi müalicə və ya təsdiqlənmiş vaksin mövcud deyil. Erkən mərhələdə göstərilən dəstəkləyici tibbi yardım sağ qalma ehtimalını artırır.

Profilaktik tədbirlər əsasən gəmiricilərlə təmasın azaldılmasına yönəlib: yaşayış və iş yerlərinin təmiz saxlanması, gəmiricilərin girişinin qarşısının alınması, çirklənmiş sahələrin təhlükəsiz təmizlənməsi və gigiyena qaydalarına əməl edilməsi əsas tədbirlər sırasındadır.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə vəziyyətin hazırkı məlumatlara əsasən qlobal miqyasda "aşağı risk” səviyyəsində qiymətləndirildiyini və monitorinqin davam etdiyini açıqlayıb.

Son xəbərlər