Azərbaycan Prezidenti: “SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |    

Azərbaycan Prezidenti: “SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var”

“Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Bizim indi çoxlu investisiya layihələrimiz var - Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asiyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Şərq-Qərb Trans-Xəzər nəqliyyat marşrutunun Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və inteqrasiya olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib:

“Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünki indiki çətin geosiyasi vəziyyətdə SPECA Proqramına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünki sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Proqramına üzv olan ölkələrə baxsanız, görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 416 09.12.23 14:34