Prezident İlham Əliyev: “Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:09 Viktor Orban Bakıya GƏLİR  |     21:00 Səudiyyə vətəndaşları Oğuzda qəzaya düşdü: Yaralılar var  |     20:49 Rusiyada həbsdə olan Fransa vətəndaşının 3 il 3 ay azadlıqdan məhrum edilməsi istənilib  |     20:42 Naxçıvana yük maşınlarının girişi məhdudlaşdırıldı  |     20:29 Aİ Moldovaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:27 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq  |     20:22 Bakıdakı restoranlar COP29-a hazırlaşır  |     20:14 İranda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən on nəfər həbs edilib  |     20:09 MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə maliyyə xidmət rəisi: İşlədiyim hərbi hissədə iki ilə 3,7 milyon kənarlaşdırılıb  |     20:03 "Sumqayıt"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib  |     19:49 Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək  |     19:41 Ötən həftə azad edilmiş ərazilərdə 205 mina zərərsizləşdirilib  |     19:37 Türkiyə ordusu Suriyada dörd terrorçunu öldürüb  |     19:30 İndoneziya seçkiyə müdaxilə etdiyinə görə üç Fransa vətəndaşını deportasiya edib  |     19:25 İsmayıllıda minik avtomobilləri toqquşub, ölən var  |     19:19 Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb  |     19:05 Bakıda 7 yaşlı uşağı avtomobil vurub  |     18:49 Ukraynanın Lissabondakı səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb  |     18:44 "Real"ın futbolçusu karyerasını başa vura bilər  |     18:27 Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar - VİDEO  |    

Prezident İlham Əliyev: “Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır”

“Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı, 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda ifadə edib.

İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib:

“Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”.

Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib:

“Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 047 06.12.23 15:49