Prezident İlham Əliyev dövlət agentliyinə 4,7 milyon manat ayırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |    

Prezident İlham Əliyev dövlət agentliyinə 4,7 milyon manat ayırdı

Prezident İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu barədə President.az xəbər verir.

Sərəncamla Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon manat ayrılır.

Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

İqtisadiyyat Nazirliyinə sərəncamın icrası üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            753 25.10.23 15:02