Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB  |     22:52 Rusiyada 40 min hektar ərazi yanır  |     22:47 Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - VİDEO  |     22:40 Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  |     22:31 Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib  |     22:20 Laf TV-yə hücum: Kanalı bu qrup ələ keçirdi  |     22:15 Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO  |     22:07 Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO  |     21:58 Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO  |     21:50 Azərbaycanlı general vəfat etdi - FOTO  |     21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |    

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev oktyabrın 25-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, 25 Oktyabr - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən və güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin edib.

Biz dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 25.10.23 13:35