Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB  |     22:52 Rusiyada 40 min hektar ərazi yanır  |     22:47 Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - VİDEO  |     22:40 Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  |     22:31 Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib  |     22:20 Laf TV-yə hücum: Kanalı bu qrup ələ keçirdi  |     22:15 Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO  |     22:07 Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO  |     21:58 Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO  |     21:50 Azərbaycanlı general vəfat etdi - FOTO  |     21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |    

Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən, 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VIP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, iki trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            369 23.10.23 17:09