Prezident İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |    

Prezident İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxdı

Prezident İlham Əliyev Kəlbəcərdə uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Dövlət başçısı yol haqqında məlumat verib:

“Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 17.08.21 16:04