MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Az duz qəbul etmək bir çox xəstəlik riskinin qarşısını alır  |     13:56 Keçmiş deputat Hacı Salayevin məhkəməsi: "Lift quraşdırmaq üçün 90 min avro verdim"  |     13:45 Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun  |     13:37 Sabah Bakıda 25° isti olacaq  |     13:28 "Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO  |     13:25 Azərbaycanın bir şəhərində bəzi attraksionların istismarı dayandırıldı - VİDEO  |     13:24 Dünyanın ən təhlükəli balığı ilə bağlı turistlərə və əhaliyə xəbərdarlıq olunub  |     13:18 Məktəbli oğlanlara çılpaq şəkillərini göndərdi, güllələndi - Şəmkirdə baş verən hadisənin TƏFƏRRÜATI  |     13:15 Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilib  |     13:13 Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu  |     13:12 Gömrük rəsmiləşdirilməsi ilə bağlı yeni PORTAL yaradılır - RƏSMİ  |     13:11 İtaliyada onlarla zəlzələ qeydə alınıb: Son 40 ilin ən güclü təkanları təkrarlana bilər  |     13:09 Bakıda kişi sirkə turşusu içib özünü öldürdü  |     12:43 Bakıda 150 min manatlıq dələduzluq edilib  |     12:24 Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib  |     12:24 Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı  |     12:22 Şengen vizası bahalaşır  |     12:21 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək  |     12:11 Bakıda itkin düşən iki nəfər tapılıb  |     12:09 Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu oldu  |    

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatıdır.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Eyni zamanda deputat özü imtina etdikdə, mandatından məhrum edilir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 01.05.24 13:20