Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:09 Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb  |     20:04 AQTA bu il 9 ölkəyə 105 bildiriş göndərib  |     20:01 Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - AÇIQLAMA  |     19:58 Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynaya veriləcək  |     19:50 Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək  |     19:43 Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib  |     19:37 Türkiyə ordusu İraqda altı PKK terrorçusunu öldürüb  |     19:31 Ermənistanın hakim partiyası: Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir  |     19:26 Ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlanıb  |     19:17 Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib  |     19:11 Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək  |     19:04 Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb  |     18:59 Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verdi  |     18:50 Nigar Camalın qızı çempion oldu - FOTO  |     18:29 Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq  |     18:19 Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır  |     18:13 Aktiv qalan VİRUSLAR - Əvvəllər öldürməyən xəstəliklər niyə indi öldürür?  |     17:57 Ermənistan parlamentinin spikerindən keşiş Baqrata sərt cavab  |     17:39 Putin daha bir müşavirini işdən qovdu - FOTO  |     17:22 Azərbaycanda məktəbli qız qızılcadan öldü  |    

Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir

Səkkiz ABŞ qəzeti “Microsoft” şirkətinə və “ChatGPT” çatbotunun tərtibatçısına qarşı məhkəmə iddiası qaldıraraq şirkətləri müəllif hüquqlarını pozmaqda təqsirli bilib.

Bu barədə məhkəmə sənədinə istinadən məlumat yayılıb.

Qeyd olunub ki, investisiya nəhəngi “Alden Global Capital”a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə “OpenAI” və “Microsoft”u məhkəməyə verib.

İddia “New York Daily News”, “Chicago Tribune”, “Orlando Sentinel”, “South Florida Sun Sentinel”, “San Jose Mercury News”, “Denver Post”, “Orange County Register” və “St. Paul Pioneer Press” nəşrlərində yayımlanıb.

Nəşrlər şirkətləri müəllif hüquqları ilə qorunan milyonlarla məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.

Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ-nin gündəlik qəzeti olan “The New York Times” (NYT) müəllif hüquqlarının pozulması səbəbindən “Microsoft” korporasiyasına və “OpenAI”nin intellektual “ChatGPT” çatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, “OpenAI” və “Microsoft” milyonlarla NYT məqaləsi üzərində süni intellekt (AI) sistemlərini öyrədiblər.

Mənbə: Axiosскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 01.05.24 12:34