Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək  |     22:19 Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama  |     22:01 Rumıniyalılar da Türkiyəyə pasportsuz gedə biləcək  |     21:58 Bu dünya çempionatı Bakıda baş tutacaq  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:44 Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu  |     21:36 Rusiyada nüvə silahı təlimləri başladı  |     21:32 Bakıda adam bıçaqlayan şəxs: "Dişlərim olmadığı üçün meyvə bıçağı üzərimdə gəzdirərəm"  |     21:25 iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur  |     21:21 Güləşçimiz Avropa çempionu oldu  |     21:13 Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!  |     21:07 Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ  |     21:00 17 yaşlı reper özünü güllələdi - FOTO  |     20:55 Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA  |     20:49 Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu  |     20:42 Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO  |     20:36 Cəlilabad sakini itkin düşüb  |     20:29 İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib  |     20:22 Bakıda mənzildən meyit tapılıb  |     20:17 Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq  |    

Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”

Ermənistanın Zəngəzur (Qeqarkunik) rayonunda kazarmada baş verən yanğın nəticəsində həlak olan əsgərlərin yaxınları İrəvanın Respublika meydanında etiraz aksiyası keçiriblər. Onlar hökumətdən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb ediblər.

“Biz baş verənlərlə bağlı rəsmi versiyaya inanmırıq, onlar bu problemi həll etməsələr, biz başqa tədbirlər görəcəyik”, - deyə ölən hərbçilərdən birinin qohumu bildirib.

“Necə oldu ki, yanğın zamanı 15 uşaq yanıb, bir nəfər də çölə çıxa bilməyib, bu o deməkdir ki, onlara nəsə edilib”, - deyə aksiyanın digər iştirakçısı vurğulayıb.

Məhkəmədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, bir sıra açıqlanmayan hallar olduğu üçün istintaq hələ də davam edir.

Xatırladaq ki, 2023-cü il yanvarın 19-na keçən gecə kazarmada baş verən yanğında 15 hərbçi ölüb, daha üç hərbçi yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, hadisəyə səbəb istilik üçün benzindən istifadə edilməsi olub. Faciədən sonra beş yüksəkrütbəli hərbçi tutduqları vəzifələrdən azad edilib. Yanğınla bağlı “Silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozmanın ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” və “səhlənkarlıq insan ölümünə səbəb olduqda” maddələri ilə cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 01.05.24 13:22