Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 Aİ: Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək  |     19:43 Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilib  |     19:37 Türkiyə ordusu İraqda altı PKK terrorçusunu öldürüb  |     19:31 Ermənistanın hakim partiyası: Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir  |     19:26 Ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlanıb  |     19:17 Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib  |     19:11 Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək  |     19:04 Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb  |     18:59 Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verdi  |     18:50 Nigar Camalın qızı çempion oldu - FOTO  |     18:29 Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq  |     18:19 Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır  |     18:13 Aktiv qalan VİRUSLAR - Əvvəllər öldürməyən xəstəliklər niyə indi öldürür?  |     17:57 Ermənistan parlamentinin spikerindən keşiş Baqrata sərt cavab  |     17:39 Putin daha bir müşavirini işdən qovdu - FOTO  |     17:22 Azərbaycanda məktəbli qız qızılcadan öldü  |     16:44 Murat Boz Bakıya gəlir  |     16:38 Slovakiyanın sui-qəsd cəhdinə məruz qalan baş nazirinin son vəziyyəti açıqlandı  |     16:30 Tərtərdə mina partladı - Ölən var  |     16:11 Tailandda təyyarə turbulentliyə düşdü: Ölən və xəsarət alanlar var - VİDEO  |    

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA

Koronavirus epidemiyasından sonra turistik məkanlar da əvvəlki imkanlarını bərpa etməkdədir. Son illər isə ölkə vətəndaşları daxili turizmə üstünlük verməkdədirlər. Ölkədə turizm imkanlarına və populyarlığına görə cənub bölgəsi, xüsusən də Lənkəran-Astara regionu ilk pillələrdə qərarlaşır.

Qeyd edək ki, ötən turizm ili bölgəyə 813 397 nəfər səfər edib və gecələmə imkanlarından istifadə edib. Lakin bu rəqəm koronavirus epidemiyasından əvvəlki statistikadan hələlik azdır. 2023-cü ildə bölgəyə axışanlar 201 140 manat xərcləyiblər. Təbii ki, bu statistika daxili turizmə aiddir.

Bəs görəsən, cənub bölgəsində yeni turizm mövsümünə hazırlıqlar necə gedir?

Lənkəran Regional Turizm Mərkəzindən verilən məlumata görə, turizm mövsümünə hazırlıq işlərinə öncədən start verilir.

Mehmanxana və mehmanxana tipli obyektlərdə təqdim olunan xidmətlərin beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün turizm obyektləri yaradılmış elektron turizm reyestrindən keçməkdədirlər. Yəni tələblərə uyğunluq yoxlanılaraq reyestrə bu obyektlərin salınması aparılır. Yerləşdirmə obyektlərində qalan turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tövsiyələr verilir. Bu il bölgədə yeni turizm marşrutlarının yaradılması ilə bağlı işlərə start verilib, bununla yanaşı yeni turizm məhsulunun yaradılması üzərində də işlər aparılır.

Yeni kəndlər “kənd turizmi” zəncirinə qoşulacaq

Cənub bölgəsi üzrə “Turistik kənd” meyarlarına uyğun ola bilən kəndlərin üzə çıxarılması ilə bağlı araşdırma da davam edir. Məsələn, kənd turizminin inkişafı məqsədilə ucqar dağ kəndi olan Astaranın Sım kəndində nişanlama prosesi davam etdirilir. Bununla yanaşı, Lerikin turizm potensialı olan dağ kəndi Bibiyoni kəndində turistik kənd layihəsinin həyata keçirilməsi üzrə ilkin işlərə start verilib. Artıq kəndin turizm potensialının ilkin qiymətləndirilməsi aparılır.

Bölgənin zəngin ekoturizm potensialının təbliğ olunması məqsədilə bu il Milli Parklarda çoxçalarlı festivalların təşkili planlaşdırılır. Yeri gəlmişkən, hazırda kənd turizmi forması Lənkəran və Astarada geniş yayılmaqdadır. Hazırda birgünlük kənd həyatından istifadə müxtəlif elanlara əsaslanaraq 30 manatdan başlayır.

Hotellərdə isə xidmətlərin müxtəlifliyi ilə əlaqədar olaraq qiymətlər 20-30 manatdan 300 manata qədər dəyişir. Onu da qeyd edək ki, keçən turizm mövsümündə hotellərin bölgə üzrə gəliri 27 439 manat təşkil edib.

Bəs bölgə turizminin müvafiq kadr ehtiyacı yetərlidirmi?

Turizm sahəsinin dinamik inkişaf edən sahə olmasını nəzərə alaraq bölgədə fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərdə turizm ixtisası üzrə peşəkar mütəxəssislərə ehtiyac ciddidir. Razılaşaq ki, istər daxili, istər xarici turistin qarşılanmasından yola salınmasına qədər proseslər yüksək səviyyə tələb edir.

Regional Turizm Mərkəzindən Bizim.media-ya verilən məlumata görə, son illər ərzində inkişaf edən kənd turizmi və aqroturizmin tələblərini nəzərə alaraq kənd qonaq ev sahibləri və aqroturizm təsərrüfatlarının nümayəndələri üçün qısamüddətli təlimlər təşkil olunur. Mərkəz kadrların hazırlanmasında xüsusi təlimlərə üstünlük verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 01.05.24 13:03