İlham Əliyevlə Putinin görüşündə əsas məqsəd: “İlk növbədə Zəngəzur dəhlizi işə düşməlidir” - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |    

İlham Əliyevlə Putinin görüşündə əsas məqsəd: “İlk növbədə Zəngəzur dəhlizi işə düşməlidir” - ŞƏRH

Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş müsbət atmosferdə keçdi”.

Bu fikri oxu.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rasim Musabəyov Azərbaycan Prezidentli İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşlə bağlı deyib.

Millət vəkilinin sözlərinə görə, prezidentlərin özlərinin çıxışlarını, onların görüş zamanı əhval-ruhiyyəsini, eləcə də mətbuata verilən açıqlamaları dəyərləndirsək, görüşün müsbət keçdiyini deyə bilərik:

“Biz görüş zamanı qarşılıqlı hörmət, olduqca nəzakətli və dostcasına münasibət müşahidə etdik. Bütün bunları nəzərə alsaq, görüş müsbət dəyərləndirilməlidir”.

Deputat görüşün əsasını təşkil edə biləcək məsələlərdən danışıb. O vurğulayıb ki, hazırda əsas məqsəd ilkin olaraq Zəngəzur dəhlizinin işə düşməsidir:

“Prezident İlham Əliyev region üzrə bütün nəqliyyat xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin fəaliyyətə başlamalı olduğunu bildirmişdi. Bu layihənin 90 faizi Azərbaycan hesabına maliyyələşdirilir və həyata keçirilir. Layihənin Zəngəzurda olan hissəsini isə Rusiya Dəmir Yolları həyata keçirməlidir. Ermənistan tərəfi bütün bu tikinti işlərinə başlamadan öncə öz yüklərinin Gürcüstandan keçərək Rusiya və Mərkəzi Asiyaya daxil olmasını istəyirlər. Lakin, biz bunu etmirik. Qeyd etdiyim kimi, ilk növbədə region üzrə bütün dəhlizlərin açılmasını təmin edəcək qərarlar verilməlidir. Düşünürəm ki, Prezident İlham Əliyev bu məsələni Moskvada müzakirə edib”.

Rasim Musabəyov qeyd edib ki, dəhlizin işə düşməsi ilə bağlı ortaq qərardan sonra digər məsələlər də müzakirə oluna bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 113 21.07.21 16:52