Mojo.az Banner
12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

26.11.2024 12:02 2 304
35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən ediliblər.

F.Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F" MMC vasitəsilə həyata keçirib.

Məsələn, həmin şirkət Qobustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən "İnşaat-F" MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq vəsait köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun "Kontey SV" şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi"nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.

Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün kartric, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris" şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.скачать dle 11.3
Mojo.az Banner