Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |     12:52 Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ  |     12:25 Sosial şəbəkələrdə qumar oynanılır? - DİN hərəkətə keçdi - VİDEO  |     12:18 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?  |     12:16 Göygöldə avtomobil qaz borusuna ÇIRPILDI: Yaralılar var  |     12:13 Azərbaycanın Xalq artisti VƏFAT ETDİ  |    

Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB

Azərbaycanda orta məktəb şagirdləri arasında suçiçəyi xəstəliyi yayılıb.

Bu barədə Lent.az-a valideynlər məlumat veriblər.

İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında suçiçəyinə yoluxma hallarına rast gəlinir.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir:

"2024-cü ilin ötən dövrü ərzində qeydə alınan suçiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

Qeyd etmək lazımdır ki, suçiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.

Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.

Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hər hansı bir xəstəliyə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:

"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

Qeyd edirik ki, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 26.11.24 11:41