Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |     12:50 Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)  |     12:46 Küləkli hava nə vaxtadək davam edəcək?  |     12:44 "İphone 16"nın görüntüləri sızdırıldı - Apple-dən təəccüblü dəyişiklik  |     12:42 “Alatava” ilə bağlı QƏRAR VERİLDİ  |     12:33 Azərbaycanda qazi həmyaşıdını bıçaqladı  |     12:18 Nazirdən daha bir əmr: İdarə rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB  |     12:16 Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - AÇIQLAMA (YENİLƏNİB)  |     12:14 Dünya bazarında neft qiymətləri artıb  |     12:13 Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     12:12 Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO  |     12:11 Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb  |     12:11 UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür  |     12:10 Bu günədək 6 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb  |     12:09 Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul olunub  |     12:07 Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni vaksin əlavə olunub  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     11:53 Sumqayıtda 15 yaşlı qız itkin düşüb  |     11:39 Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb  |    

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

O, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:

“Əziz həmvətənlər!

Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            705 20.07.21 11:05