Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri gözlənilir.
TASS agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, işgüzar səfərdir. Biz mövqelərimizi uzlaşdırırıq”, - deyə D.Peskov Azərbaycan Prezidenti ilə görüşün nəticəsində hər hansı bir sənədin qəbul edilməsinin planlaşdırılıb-planlaşdırılmadığına dair sualı cavablandırarkən söyləyib.